ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Balaxanı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 1-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-AK-429 dövlət nömrə nişanlı “Hyundai Santa Fe” markalı maşın, “Hyundai Elantra” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəza sürücülərdən birinin ötmə əməliyyatını düzgün etməməsi səbəbindən baş verib. Zərbənin təsirindən “Hyundai Elantra” dərəyə yuvarlanaraq yararsız vəziyyətə düşüb. Eyni zamanda digər maşına da ciddi maddi zərər dəyib. Hadisə zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.