AZ

Con Duran “Fənərbağça”ya keçəcək


Kolumbiyalı hücumçu Con Duran karyerasını Türkiyənin “Fənərbağça” klubunda davam etdirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.
Məlumata görə, forvard icarə əsasında “Əl-Nəsr”dən İstanbul klubuna keçəcək.
Mənbənin sözlərinə görə, sövdələşmə tam razılaşdırılıb və “Əl-Nəsr” Duranı 2026-cı ilin iyun ayına kimi tam maaşla icarəyə buraxıb.
Forvardın “Fənərbağça”ya keçmək qərarına klubun direktoru Devin Özenin danışıqlar üçün Kolumbiyaya gəlişindən sonra gəldiyi qeyd olunur.
Qeyd edək ki, Duran Səudiyyə Ərəbistanı Pro Liqasında 13 matçda iştirak edib və 8 qol vurub.
“Transfermarkt” portalına görə, onun bazar dəyəri 5 milyon avro azalaraq, 35 milyon avroya düşüb.
Seçilən
5
13
yeniavaz.com

10Mənbələr