“Əl-Nəsr”in hücumçusu Con Duran karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı kolumbiyalı ilə “Fənərbağça” maraqlanır. Tərəflər danışıqlarda yekun nəticəyə gəliblər. “Əl-Nəsr”in özü də hücumçunun klubdan getməsinə qarşı deyil.
2024/25 mövsümündə Duran Səudiyyə Ərəbistanı çempionatında 13 matçda iştirak edib və 8 qol vurub.