“İsraildə İrana qarşı yeni hücuma hazırlıq gedir”.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Vahid Əhmədi deyib.
Deputat bəzi Qərb ölkələrinin, xüsusilə də ABŞ-nin İsrailə hərbi texnika və silah göndərməsinin İrana qarşı yeni hücum ehtimalını artırdığını bildirib.
İsrailin gücünü yenidən toparlamaq və hərbi imkanlarını artırmaq üçün hücumlarını dayandırdığını iddia edən Əhmədi vurğulayıb:
“Əldə etdiyimiz məlumatlara görə, ABŞ başda olmaqla, bəzi Qərb ölkələrindən hərbi texnikalar yük təyyarələri ilə Təl-Əvivə göndərilir. Bu, İrana yeni hücuma hazırlıq anlamına gələ bilər”.
Deputat ölkəsinin bu mümkün hücuma hazır olduğunu qeyd edib: “İran bu dəfə yeni və qabaqcıl vasitələrlə cavab verəcək”.