AZ

Bu, Bakıda Rus Evi nin bağlanmasına səbəb olub Rusiya XİN

Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya bir sıra qüvvələrin Moskva ilə Bakı arasında münasibətlərdə parçalanma yaratmağa yönəlmiş fəal səylərini müşahidə edir.

"Unikal" xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Dmitri Masyuk deyib. 

"Biz Bakı ilə münasibətlərimizdə çat yaratmaq üçün müəyyən qüvvələrin fəal səylərini görürük", - deyə diplomat Qorçakov Fondunun “Qafqaz dialoqu” elmi-maarifləndirici proqramının açılışında bildirib. 

O, qeyd edib ki, ötən ilin dekabrında AZAL-ın təyyarəsinin "qəzaya uğraması" (vurulması - red.) ilə bağlı son zamanlar eyhamlar səslənir və bu, xüsusən də Bakıda "Rus Evi"nin bağlanmasına səbəb olub.

Masyuk həmçinin vurğulayıb ki, Rusiya tərəfi münasibətlərə mümkün zərəri neytrallaşdırmaq üçün öz prinsipial yanaşmalarını Azərbaycana çatdırmaqda davam edir. 

Onun sözlərinə görə, Rusiya Azərbaycan rəhbərliyi tərəfindən də analoji yanaşmanın göstəriləcəyini gözləyir. Dmitri Masyuk gərginliyin qarşısını almaq və ikitərəfli münasibətləri möhkəmləndirmək üçün Rusiya ilə Azərbaycan arasında gələcək dialoqun və qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
50
unikal.az

10Mənbələr