AZ

Cəsarət Valehov: Attestasiya prosesi ilə bağlı hər hansı mənfi hal aşkarlanmayıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 1 iyul, AZƏRTAC

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Musiqi və İncəsənət məktəb müəllimlərinin 2025-ci il üçün nəzərdə tutulan attestasiya prosesi yekunlaşır. Bu, kifayət qədər obyektiv, şəffaf proses kimi dəyərləndirilir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, nəzarət otağındakı monitorların hər biri attestasiyanın keçirildiyi müxtəlif otaqlara həm səsli, həm də görüntülü formada bağlıdır.

“Hətta burada da kameralar var, nəzarət edən insanların özünə də nəzarət olunur. Bu addımlar bütün prosesin şəffaf olması üçün atılıb. Dörd aylıq prosesin sonunda dəyərləndirmə ilə bağlı hər hansı mənfi hal aşkarlanmayıb. Şübhəsiz ki, insanlar öz nəticələrindən narazı ola bilərlər və bu, hər zaman mümkündür. Bununla bağlı müraciətləri biz həmin kamera görüntülərindən sonra dəyərləndiririk və xüsusi ayrılmış komisiya tərəfindən dəyərləndirilir. Əgər müvafiq müdaxilələr varsa, buna uyğun olaraq rəy verilir və müxtəlif qərarlar qəbul edilir. İlk dəfə olaraq bu prosesi Mədəniyyət Nazirliyi icra edir və 13 mindən çox müəllimin hamısını atestasiya prosesindən keçirəciyik. Bu il bunun üçdə biri yekunlaşıb. Bu, böyük komanda işidir. Xüsusi olaraq Bakı Musiqi Akademiyasına, Azərbaycan Milli Konservatoriyasına, Dövlət Rəssamlıq Akademiyasına, Bülbül adına musiqi məktəbinə, İncəsənət məktəbinə təşəkkürümü bildirirəm”,- deyə C.Valehov əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
50
azertag.az

10Mənbələr