AZ

Türkiyə atom ölkəsi olmaqda israrlıdır: İlin sonuna qədər...

Türkiyənin yüksək səviyyəli energetika rəsmisi qiymətli təkliflər alacağı təqdirdə ilin sonuna qədər iki yeni atom elektrik stansiyası tikmək üçün beynəlxalq müqavilələr imzalamağı hədəfləyir.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İstanbulda keçirilən atom elektrik stansiyası sammitində çıxış edən Türkiyə Energetika Nazirliyinin nüvə layihələri idarəsinin rəhbəri vəzifəsini icra edən Salih Sarı deyib ki, "Sinop" stansiyasının 2035-ci ilə qədər elektrik enerjisi istehsal etməyə başlaması gözlənilir, bunun ardınca isə "Trakya" stansiyası açılacaq.

Türkiyə Cənubi Koreya və Rusiya ilə planlaşdırılan "Sinop" stansiyası, Çin ilə isə Şimal-Qərb Atom Elektrik Stansiyası ilə bağlı danışıqlar aparır.

Onun sözlərinə görə, özəl sektora kiçik modul reaktorlara (SMR) sərmayə qoymağa imkan verən qaydalar üzərində iş davam edir və bu çərçivənin bu il yekunlaşdırılması gözlənilir.

Seçilən
1
10
publika.az

10Mənbələr