ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Türkiyə yerli məqsədlərə cavab verən rəqabətədavamlı qiymətli təkliflər alacağı təqdirdə, ilin sonuna qədər iki yeni atom elektrik stansiyası tikmək üçün beynəlxalq müqavilələr imzalamaq istəyir.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə İstanbulda keçirilən atom elektrik stansiyası sammitində çıxış edən Türkiyə Energetika Nazirliyinin nüvə layihələri idarəsinin rəhbəri vəzifəsini icra edən Salih Sarı açıqlama verib. O bildirib ki, Sinop stansiyasının 2035-ci ildən əvvəl, Trakya stansiyasının isə tezliklə elektrik enerjisi istehsal etməyə başlayacağı gözlənilir.
Türkiyə Cənubi Koreya və Rusiya ilə planlaşdırılan Sinop AES-in, Çinlə isə şimal-qərb nüvə stansiyasının tikintisinə dair danışıqlar aparır.
Salih Sarının sözlərinə görə, özəl sektora kiçik modul reaktorlara sərmayə qoymağa imkan verən qaydalar üzərində iş aparılır və çərçivənin bu il yekunlaşdırılması planlaşdırılır. Türkiyə, həmçinin yerli sənayeni dəstəkləmək üçün yeni tədqiqat reaktoru qurmağı planlaşdırır. Hazırda ölkədə iki belə reaktor var.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.