AZ

Gələn ildən "D-8" ölkələri tələbə mübadiləsi həyata keçirəcək

"D-8" ölkələri 2026-ci ildən etibarən tələbə mübadiləsi həyata keçirəcək. Bununla bağlı artıq müvafiq qərar qəbul edilib.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "D-8"in Baş katibi İsiaka Abdulqadir İmam Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən "Ölkə müdaxilələri: Gənclərin milli strategiyalarının dayanıqlı inkişafa töhfəsinin qiymətləndirilməsi üzrə milli perspektivlər" mövzusunda panel sessiyanın iştirakçılarına unvanladığı videomüraciətdə deyib.

Onun sözlərinə görə, "D-8"in digər təşkilatlardan fərqi inkişafda olan ölkələrə dəstəyidir:

"Biz çalışırıq bu və ya digər ölkələrdə icmalara, ailələrə problemlərin həllində dəstək olaq. Məsələn, Banqladeş "D-8"in Gənclər Forumunu təşkil edib. Həmin forum təşkilatin tarixində ilk idi. "D-8" üzvlərinin məqsədi qlobal problemlərin həllində gənclərin rolunu gücləndirməkdir".

Seçilən
6
50
report.az

10Mənbələr