AZ

QHT "Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili" layihəsini həyata keçirir

Insan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili" adlı layihəni həyata keçirməyə başlayır.

QHT.az xəbər verir ki, layihənin icra müddəti 4 aydır və 1 iyun 2025-ci ildən 30 sentyabr 2025-ci il tarixinə qədər davam edəcək. Seminar və treninqlər Bakı şəhəri və Abşeron rayonu daxil olmaqla, Yasamal, Nəsimi, Səbael, Nərimanov, Binəqədi və Abşeron (Mehdiabad, Saray, Xırdalan qəsəbələri) ərazilərində həyata keçiriləcək.

Layihənin məqsədi yeniyetmə və gənclərin maarifləndirmə yolu ilə narkomaniyaya qarşı mübarizəyə təşəbbüs göstərilməsidir. Layihə çərçivəsində 8 treninq-seminar təşkil olunacaq. Hər seminar 20 nəfərin iştirakı ilə keçiriləcək, ümumilikdə 160 nəfər iştirak edəcəkdir. Tədbirlərdə gənclər və yeniyetmələr, gənclər təşkilatlarının nümayəndələri, məktəb valideyn komitələri və icra strukturlarının gənclərlə iş şöbələrinin nümayəndələri iştirak edəcəklər.

Gözlənilən nəticələrə gəldikdə isə, 160 nəfər iştirakçı narkomaniyanın tibbi cəhətdən fəsadları haqqında məlumat alacaq, yeniyetmə və gənclərlə işləyən qurumların nümayəndələri ilə birlikdə narkomaniyaya qarşı mübarizədə müzakirələr aparılacaq və həlli yolları tapılması üçün birgə fəaliyyət göstəriləcək, gənclərin narkomaniya ilə mübarizədə ictimai fəallığı artacaq. Həmçinin cəmiyyətin narkomaniyaya qarşı müqaviməti güclənəcək və gələcəyimizə zərər vuracaq bu sosial bəlaya qarşı mübarizə daha effektiv olacaqdır.

Layihənin məqsədi gənclərin sağlam gələcəyini təmin etmək üçün narkomaniya ilə mübarizə aparan bir cəmiyyət yaratmaqdır.

Seçilən
13
4
qht.az

10Mənbələr