AZ

Yekaterinburq hadisələri - Azərbaycanlılara qarşı zorakılıq necə cərayan edib...

İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları (OMON dəstələri) tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib. 

Hadisənin ilk anlarında şəhər sakinləri Rusiya KİV-lərinə bildiriblər ki, onlarla azərbaycanlı saxlanılaraq Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə aparılıb.

İlkin iddialara görə, saxlanılanlar arasında 2001-ci ildə baş vermiş və uzun illər bağlı qalmış qətl hadisəsinin əsas şübhəlisi də olub.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisə ilə əlaqədar yenidən açılmış cinayət işi çərçivəsində xüsusi əməliyyatlar həyata keçirilir. Rəsmi məlumatda bildirilir ki, istintaq tədbirləri çərçivəsində bir sıra şəxslərin yaşadıqları ünvanlarda axtarış aparılıb, bir neçə nəfər isə müxtəlif cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə idarəsi və Daxili İşlər Nazirliyinin regional bölməsi əlavə məlumatların istintaqın məxfiliyinə görə açıqlanmayacağını bildirib.

Həmin gün mediaya açıqlama verən ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli Yekaterinburqda qardaşları Ziyəddin və Hüseyn Səfərovların OMON dəstəsi tərəfindən işgəncələrlə öldürüldüyünü deyib.

*******

28 iyun - Azərbaycanlıların kütləvi həbsi ilə bağlı ilk rəsmi açıqlama Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix tərəfindən verilib.

Rusiya İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin mətbuat xidmətlərinin birgə məlumatına görə, Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə əməkdaşları Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları ilə birlikdə, Rusiya Milli Qvardiyasının qüvvələrinin dəstəyi ilə keçmiş illərdə törədilmiş cinayət işlərinin bir hissəsi olaraq, Xüsusi Çevik cavab tədbirləri həyata keçiriblər: "Ötən illər ərzində Yekaterinburqda baş vermiş bir sıra cinayətləri törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb, onların yaşayış yerlərində axtarışlar aparılıb. Şübhəlilərin istintaq altında olan və digər cinayətlərdə iştirakları yoxlanılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaqın maraqları naminə indiki mərhələdə daha ətraflı məlumat açıqlamır"- deyə qeyd edilib. 

İyunun 28-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

1446576

Eyni zamanda həmin tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbina Əliyeva Rusiya Federasiyasında azərbaycanlılara qarşı zorakılıq hadisəsi ilə bağlı Rusiya Ombudsmanına müraciət edib.

Məktubda qeyd olunub ki, baş vermiş bu dəhşətli hadisə insan hüquq və azadlıqlarının, xüsusilə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının (Rusiya Federasiyası Konstitusiyasının 20 və 21-ci maddələri) kobud şəkildə pozulmasıdır. Həmçinin, bu fakt Rusiya Federasiyasının qoşulduğu BMT-nin “İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı” Konvensiyasına ziddir.

1446569
Baş verən hadisədən bir gün sonra Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib.

Zaxarova bildirib ki, əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb.

"İyunun 28-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx tərəfindən Azərbaycan tərəfinə lazımi izahat verilib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna əminlik ifadə olunub. Qeyd olunan cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir", - Rusiya XİN sözçüsü vurğulayıb.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə rəhbəri vəzifəsini icra edən Andrey Nabitova vəziyyətlə bağlı ətraflı məruzə hazırlamağı tapşırıb.
 
Nəzarətin həyata keçirilməsi ilə bağlı qərar həbslər və ölümlərlə bağlı geniş rezonans doğurandan sonra qəbul edilib.

1446575
Rusiya baş nazirinin müavini Aleksey Overçukun iyun ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri 28 iyun tarixində ləğv olunub.

Buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qrşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsidir. Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmədiyini vurğulayıb.

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiya təhlükəsizlik qüvvələrinin hərəkətləri nəticəsində iki azərbaycanlının öldürüldüyü, daha üç nəfərin isə reanimasiyaya yerləşdirildiyi Yekaterinburq hadisələrini şərh edib.
 
“Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi, üç nəfərin reanimasiyada olması dəhşətdir. Bu olmamalıdır”, - deyə S.Markov vurğulayıb.
 
O, belə hadisələrin ictimaiyyətin haqlı hiddətinə səbəb olduğunu qeyd edib və obyektiv araşdırma aparılmasının vacibliyini vurğulayıb: “Aydın araşdırma, rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik”.

*******

1446573

29 iyun tarixində Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib. Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Həmin gün Bakı vaxtı ilə 09:20-də 2000-ci illərin əvvələrində törədilmiş cinayət işində şübhəli bilinərək bu ilin iyunun 27-də zor tətbiq edilərək saxlanılan 9 nəfər azərbaycanlı məhkəmə qarşısına çıxarılıb.
Yekaterinburqda məhkəməsi keçirilən azərbaycanlıların Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Məzahir Möhbalı oğlu və Bakir Mehdi oğlu Səfərovlar olduğu bildirilib.

Vüqar və Mahəmməd Səfərov qardaşları kütləvi həbslərdən dərhal sonra sərbəst buraxılıblar. Kamal Səfərov reanimasiyadadır.

Əhliman Gənciyev də məhkəmə qarşısına çıxarılacaq. Əməliyyat tədbirlərindən sonra o, xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun dinləmədə iştirakına icazə veriblər. Digər təqsirləndirilən Əziz Abasov isə 36 saylı xəstəxanadadır.

Yekaterinburqun Leninski məhkəməsi Məzahir Səfərov barəsində həbs-qətiimkan tədbiri seçib. M. Səfərov 22 günlüyünə istintaq təcridxanasına göndərilib. Məhkəmə onun iyulun 19-na kimi həbsdə saxlayıb.
Həmin gün keçirilən digər məhkəmdə dövlət ittihamçısı Akif Səfərov barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edib.

A.Səfərov 1963-cü il təvəllüdlüdür. O, iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının hücum etdiyi "Kaspi" kafesinin sahibidir.

1446579

İyunun 29-da Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsi Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyanın Moskva şəhərində keçirilməsi nəzərdə tutulan Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının 23-cü iclasında iştirak etməyəcəyini bəyan edib.

*******

1446566

İyunun 30-da Rusiyanın Voronej vilayətində azərbaycanlılara qarşı genişmiqyaslı reydlərə və həbslərə başlanılıb.

Həmin gün Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

İyunun 30-da Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Yekaterinburq şəhərində amansızcasına qətlə yetirilən Hüseyn və Ziyəddin Səfərovların nəşi Azərbaycana gətirilib, daha sonra meyitlər tibbi ekspertizaya göndərilib. 

*******

1446571

İyulun 1-də Ağcabədidə Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə vida mərasimi keçirilib.

1 iyulda həmçinin Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticələri açıqlanıb. Nəticələrə əsasən, Səfərov Hüseyn Mehti oğlunun bədənində xarici və daxili travmalar aşkarlanıb, Səfərov Huseyn Mehti oğlunun ölüm səbəbi isə posttravmatik və posthəmarragik şok olub. Ekspertizanın nəticələrinə görə Səfərov qardaşları küt alətlərlə öldürülüb.

1446570

Ekspertizanın nəticələri elan olunduqdan sonra Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən cinayət işi başlanıb.

Seçilən
22
50
modern.az

10Mənbələr