Rusiya Baş Prokurorluğu "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı 19 təqsirləndirilən şəxsə qarşı cinayət işini məhkəməyə göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Bildirilib ki, iyunun 30-da Rusiya Prokurorluğu “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı cinayət işi üzrə ittiham aktını təsdiq edib və mahiyyəti üzrə baxılması üçün 2-ci Qərb Dairə Hərbi Məhkəməsinə göndərib.
Zərərçəkmişlərin vəkilləri cinayətdə təqsirləndirilən şəxslərə dəymiş ziyanın ödənilməsi tələbi ilə çıxış etmək niyyətindədirlər.