EN

“Crocus City Hall”da törədilən terrorla bağlı iş məhkəməyə göndərildi

Rusiya Baş Prokurorluğu "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı 19 təqsirləndirilən şəxsə qarşı cinayət işini məhkəməyə göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.

Bildirilib ki, iyunun 30-da Rusiya Prokurorluğu “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı cinayət işi üzrə ittiham aktını təsdiq edib və mahiyyəti üzrə baxılması üçün 2-ci Qərb Dairə Hərbi Məhkəməsinə göndərib.

Zərərçəkmişlərin vəkilləri cinayətdə təqsirləndirilən şəxslərə dəymiş ziyanın ödənilməsi tələbi ilə çıxış etmək niyyətindədirlər.

Chosen
60
18
operativmm.az

10Sources