AZ

Əmi, bibi, xala, dayı uşaqları kəbin kəsdirə biləcəklər? AÇIQLAMA

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

İyulun 1-dən etibarən Azərbaycanda qohum evliliyinə qadağa qoyulur. Artıq ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək.

Bununla belə, “Onsuz da rəsmi qeydiyyata düşmürük, kəbinlə (dini nikah) evlənəcəyik, kim qadağa qoyacaq ki?” fikrində olanlar var.

Bəs görəsən, qohumluğa görə rəsmi nikaha icazə verilməyən qohumlar kəbin kəsdirə bilərlər? Nikahsız kəbin kəsdirənləri hansısa cəzalar gözləyirmi?

Lent.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, Azərbaycanda dini kəbin (yəni dövlət qeydiyyatından keçməyən “kəbin”) şəxslər üçün cəza nəzərdə tutulmur.

“Kəbin hüquqi tanınma əldə etmir və ondan irəli gələ bilən hüquqi nəticələr (miras, aliment, boşanma, sosial təminat və s.) dövlət sistemi tərəfindən qəbul edilmir.

Həmçinin Qafqaz Müsəlmanlar İdarəsi bildirir ki, şəxslər arasında dövlət nikahı yoxdursa, onlara kəbin kıəsilməsi qadağandır. Əgər bu qadağa pozularsa, kəbini kəsən şəxslər cəzalandırılır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
5
icma.az

10Mənbələr