AZ

AMİM 2025-ci ilin Cambridge CELTA kurslarına start verib

Cambridge Assessment English təşkilatının Azərbaycanda Tədris Kvalifikasiyaları üzrə yeganə Mərkəzi/Tərəfdaşı olan AMİM mütəmadi olaraq ingilis dili mütəxəssisləri üçün beynəlxalq sertifikasiya proqramlarını davam etdirir.

Hər il olduğu kimi, bu ildə AMİM dünyada ən yüksək ingilis dili Sertifikasiya proqramı olan CELTA proqramlarına start verdi. Bundan əlavə bu ildən başlayaraq AMİM Cambridge DELTA proqramının Modul 2 və Modul 3 üzrə təlimlər təşkil edir. Həmçinin ilk dəfə olaraq cari ilin sentyabr ayından Cambridge Profeccional Qualifications (Cambric beynəlxalq qvalifikasiyalara) start veriləcəkdir.

Xüsusi vurğulamaq lazımdır ki, bu il təkcə CELTA proqramı üzrə AMİM tərəfindən 3 kurs təşkil olunacaqdır. Onlardan ikisi əyani formada, biri isə onlayn formada keçiriləcəkdir. Ümumilikdə cari ilin CELTA kurlslarında 70 yaxın yerli ingilis dili mütəxəssisinin iştirakı nəzərdə tutulmuşdur. İldən ilə CELTA kurslarının iştirakçılarının artması AMİM tərəfindən keçirilən bu beynəlxalq sertifikasiya proqramına marağın artmasına dəlalət edir. Cambridge kurslarına marağın artmasını nəzərə alaraq, AMİM 2026-cı ildə artıq 3 əyani və 1 onlayn kursun keçirilməsini planlaşdırır, və bur kurslara qeydiyyat hazıra davam edir.

CELTA Kursları Cambridge mütəxəssisləri tərəfindən aparılacaqdır. Proqramlar hər biri bir ay ərzində davam edəcək və proqramın sonunda iştirakçılara Cambridge Beynəlxalq Sertifikatı təqdim olunacqadır.

CELTA (Certificate in English Language Teaching to Adults) kursu haqqında

CELTA dünyada ingilis dilinin tədrisi ilə bağlı ən çox tanınan sertifikasiya proqramıdı. CELTA sertifikasiya proqramı Britaniyanın Cambridge Assessment English təşkilatının ingilis dilini tədris edənlər üçün əsas məhsullarında biri olaraq yüksək keyfiyyətli və effektiv proqram hesab olunur. Hər il dünyada 10.000-dən çox mütəxəssis CELTA təlimini tamamlayaraq CELTA kvalifikasiyasına yiyələnir.

CELTA kvalifikasiyanı əldə etmək üçün 5 əsas səbəb:

CELTA bütün dünyada ingilis dilinin tədrisi ilə bağlı ən çox tələb olunan kvalifikasiyadır.

Keçirildiyi ölkədən asılı olmayaraq hər bir CELTA təliminə Cambridge Assessment English tərəfindən nəzarət olunur.

CELTA təlimçiləri yüksək kvalifikasiyalı və təcrübəli peşəkarlar arasından seçilir və sertifikasiya olunur.

Bütün CELTA təlimləri rəsmiləşdirilmiş kurrikulum standardlarına əsasən təşkil olunur.

CELTA təliminə real dərs mühitində tədris praktikası daxildir.

CELTA Kursunun Strukturu

Təlimin kursu aşağıdakı istiqamətləri əhatə edir:

  • Müəllim və tələbə, tədris və öyrənmə konteksti
  • Dilin analizi və dil barəsində məlumatlılıq
  • Dil bilikləri: oxu, dinləmə, yazı və danışıq
  • Müxtəlif tədris kontekstləri üçün dərs planlama və mənbələr
  • Müəllimlik bacarıqlarını inkişaf etdirmək və peşəkarlığı artırmaq

CELTA nəyi öyrədir?

  • Sizi müxtəlif kontekstlərdə ingilis dilini öyrənən tələbələrin motivasiyası, dil öyrənmə prosesində müəllimin və tələbənin rolu barəsində məlumatlandırır
  • Sizə ingilis dilini öyrənən tələbələrə effektiv dərs keçmək üçün metodikanı təqdim edir
  • Sizə ingilis dilini öyrənən tələbələrə dərs keçmək üçün ilkin bacarıqları aşılayır.
  • Sizi dərs keçmək və qiymətləndirmək məqsədilə istifadə edə biləcəyiniz mənbələr və materiallarla tanış edir.
  • Sizə öz peşəkar sahənizdə gələcək inkişafınız üçün imkanlar yaradır

CELTA sertifikatın karyera inkişafına təsiri

Bütün dünyada təhsil sahəsində işə götürənlər arasında CELTA sertifikatı ən yüksək dəyərləndirilən kvalifikasiyalardan biridir. Statistikaya görə, ingilis dilinin tədrisi ilə bağlı verilən iş elanlarının 70 faizində CELTA tələb olunur. Xüsusi olaraq vurğulamaq olar ki, Birləşmiş Krallıqda işə götürənlərin ən azı 90 faizi onlarla çalışan müəllimlərdən CELTA-ya yiyələnməyi tələb edir.

Hazırda 2026-ci ildə keçiriləcək CELTA kurslarına erkən qeydiyyat davam edir.

AMİM tərəfindən keçirilən Proqramlara qeydiyyata alınmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiz:

WhatsApp: +99450 2901695

AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM AMİM
Seçilən
0
12
apa.az

10Mənbələr