AZ

Təhsil naziri 8-i 4-ə VURA BİLMƏDİ

Estoniyanın təhsil naziri Kristina Kallas aparıcının "8 dəfə 4 neçə edir" sualına cavab verə bilməyib.

Publika.az xəbər verir ki, bu barədə "EA Daily" məlumat yayıb.

Aparıcı müsahibə zamanı Estoniyanın təhsil və elm naziri Kristina Kallasdan sadə riyaziyyat məsələsini həll etməyi xahiş edib. Cavabında nazir əvvəlcə “təhsil təkcə riyazi düsturlardan ibarət deyil” desə də, sualı yenidən soruşanda cavabını bilmədiyini səmimi etiraf edib.

"Bilmirəm", - Kallas etiraf edib.

Qeyd edək ki, Kristina Kallas təhsil və inteqrasiya üzrə ekspert, eyni zamanda siyasətçi və dövlət xadimidir.

Seçilən
2
50
publika.az

10Mənbələr