AZ

Azərbaycanda yeni mamır növləri ilə bağlı tədqiqat aparılıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 1 iyul, AZƏRTAC

Botanika İnstitutunun əməkdaşları (professor Səyyarə İbadullayeva, dosent Aygün Məmmədova, Nərmin Sadıqova) Türkiyə Cümhuriyyətinin Qara Dəniz Texniki Universiteti (professor Nevzat Batan, Zeynep Gizem) və Gümüşhane Universitetinin (dosent Hüseyin Erata) əməkdaşlarının həmmüəllif olduğu “Azərbaycandan üç yeni mamır rekordu” adlı məqalə Banqladeş Bitki Taksonomiyası jurnalında çap olunub.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, məqalədə Azərbaycanın Tuqay meşəsi və Dilman meşəsində aparılan brioloji ekspedisiyanın nəticəsində ilk dəfə mamırların yeni növlərinə (“Splachnum ampullaceum Hedw.”, “Sphagnum capillifolium (Ehrh.) Hedw.” və “Plagiothecium cavifolium (Brid.) Z. Iwats.”) rast gəlindiyi qeyd edilir. “Splachnum” Azərbaycanda briofit florası üçün yeni cinsdir. Məqalədə cinsin qısa təsvirləri, illüstrativ və anatomik şəkilləri, coğrafi yayılması, ekoloji xüsusiyyətlər və morfoloji cəhətdən oxşar növlərlə müqayisəli təhlili verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
19
azertag.az

10Mənbələr