sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Milan"ın sol cinah müdafiəçisi Teo Hernandes "Əl-Hilal"a keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial mediada paylaşım edib.
Mənbənin sözlərinə görə, futbolçu bu keçidə razılaşıb. Ona illik 20 milyon avro maaş təklif olunub. Hazırda klublar müqaviləni yekunlaşdırmaq üzərində işləyirlər. Yaxın vaxtlarda razılığın əldə olunacağı gözlənilir.
Qeyd edək ki, ötən mövsüm bütün turnirlərdə 49 oyun keçirib, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.