AZ

“Alternativ müalicə üsullarına aldanmayın – sağlamlıqla bağlı qərarlar elmi əsaslara söykənməlidir”

93 FM-in “Sağlam radio” proqramının qonağı olan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev alternativ müalicə metodlarının populyarlaşmasının səbəblərindən danışıb.
 
Mütəxəssis qeyd edib ki, bir çox insan təbii və zərərsiz hesab etdiyi üsullara üstünlük verir. Sosial şəbəkələrdə yayılan fərdi təcrübələr isə, elmi sübutlara əsaslanmasa belə, insanlara cəlbedici görünür:
 
“Bəzən bu metodlar daha ucuz, əlçatan və psixoloji baxımdan rahat görünə bilər. Amma onların əksəriyyəti elmi əsaslara söykənmir. Nəticədə düzgün tətbiq olunmadıqda vaxt itkisi, səhv diaqnoz və hətta ciddi sağlamlıq problemləri ilə üzləşmək mümkündür”.
 
Zakir Quliyev hər kəsi sağlamlıqla bağlı qərarlarda diqqətli olmağa çağırıb:
 
“İstənilən müalicə üsuluna başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır. Duyğulara deyil, elmi biliklərə əsaslanan qərarlar uzunmüddətli sağlamlığın təminatıdır”.
Seçilən
3
50
moderator.az

10Mənbələr