Ajans.az Rusiya mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. “Biz Azərbaycanla yaxşı münasibətlərimizi daha da inkişaf etdirməkdə maraqlıyıq”, - deyə TASS xəbər verir. O qeyd edib ki, təhlükəsizlik qüvvələrinin hərəkətləri diplomatik demarşlara səbəb olmamalıdır, çünki söhbət Rusiya hüquq-mühafizə orqanlarının daxili işindən gedir. Bundan əvvəl bildirilmişdi ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Bakının Moskva siyasətini tənqid edən bəyanat yayan “ADR - Rusiyanın Azərbaycan diasporu” Telegram kanalının həqiqiliyini təkzib edib.