AZ

İran-İsrail müharibəsi yenidən başlaya bilər: tərəflər hazırlıq içində

İsrail və İran arasında hərbi münaqişəyə tezliklə qayıdış əlamətləri getdikcə artır. Tribunainfo.az xəbər verir ki, Tehran rəsmiləri vəziyyətin hələ də normallaşmadığını bəyan edib.

Bu əsnada SEPAH komandirləri də yenidən hücumun mümkünlüyünü qeyd ediblər. İran ordusu Baş Qərargahının sözçüsü Əbülfəzl Şəkərçi isə bəyan edib ki, İsraillə “münaqişənin dayandırılması” ilə bağlı istənilən variantı rədd edir. “Biz heç vaxt belə bir şeyi qəbul etməmişik”.

Elə İsraildə də durum fərqli deyil. Bu ölkənin KİV-i ordunun yeni hücum hazırlığı içində olduğunu qeyd edir.

Bəzi ekspertlər isə deyirlər ki, İsrail yaralı və təzyiq altında olan İranın əvvəlkindən daha təhlükəli ola biləcəyini anlayaraq, növbəti hücuma keçməyə qərar verə bilər. “Buna görə də İsrailin yeni hücum ehtimalı yüksək olaraq qiymətləndirilir. Müəyyən olmayan şey isə belə bir hücumun səviyyəsi və növüdür”.

Fərda Uğur

Seçilən
10
50
tribunainfo.az

10Mənbələr