Bakı. Trend:
İran Xarici İşlər Nazirliyi İsrailin İrana hücumlarınıdəstəklədiyinə görə Ukraynaya etiraz notası verib.
Trend-inməlumatına görə, Ukraynanın İrandakı səfirliyinin müvəqqəti işlərvəkili İran Xarici İşlər Nazirliyinə dəvət olunub.
Görüşdə Ukrayna tərəfinə bildirilib ki, İsrailin İrana hərbihücumlarını dəstəkləmək BMT nizamnaməsi prinsipləri və Cenevrəkonvensiyalarını görməzlikdən gəlmək və İsrailin İrana hücumlarınıtəsdiqləməkdir.
Görüşdə Ukrayna rəsmisinə ölkəsinin İran əleyhinə təhrikedicimövqeyi ilə əlaqədar xəbərdarlıq edilib.
Ukrayna səfirliyinin müvəqqəti işlər vəkili tez bir zamandaetiraz notasını təmsil etdiyi dövlətə çatdıracağını bildirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhvedildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.