AZ

Qarabağda azad iqtisadi zonalar yaradılacaq

AĞDAM, 1 iyul. TELEQRAF

"İqtisadi Əməkdaşlıq Təşkilatı çağırışların dəstəklənməsi üçün Asiya İnkişaf Bankından dəstək ala bilər".

Teleqraf-ın Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə İƏT həftəsi çərçivəsində baş tutan Gənclər Forumunun “Yüksək səviyyəli perspektivlər: Regional inkişafda gənclərin rolu” mövzusunda keçirilən panel sessiyasında çıxışı zamanı deyib.

O xatırladıb ki, Azərbaycan COP29 çərçivəsində Qlobal Bakı Təşəbbüs ilə çıxış edib ki, bu iqlim müqaviməti ilə bağlı insan kapitalının formalaşdırılması ilə bağlıdır:

"Biz "Bakı bələdçi prinsipləri"ni yazıb hazırladıq. Bununla bağlı 14 BMT və bir neçə beynəlxalq təşkilatlarla birgə bəyanat qəbul etdik. Bakıda qəbul olunmuş prinsiplər digər ölkələr tərəfindən təsdiqlənir. Bundan başqa, biz iqlim maliyyəsi və sərmayə investisiya təşəbbüsünü irəli sürmüşdük. Bu keçid dövrü ölkələri üçün önəmlidir. Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı çağırışların dəstəklənməsi üçün Asiya İnkişaf Bankından dəstək ala bilər. Bu təşəbbüslərin dəstəklənməsi yönündə önəmlidir".

Nümayəndə bildirib ki, üzv dövlətlər arsında 25-ə yaxın sənədlər var ki, bu da hökumətlərarası prosedurdadır.

Həmçinin o vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə azad iqtisadi zonalar da yaradılacaq.

Seçilən
0
50
teleqraf.com

10Mənbələr