AZ

Elvin Cəfərquliyev: Qərara gəldik ki, istirahətimizi Qarabağda keçirək

XANKƏNDİ, 25 iyun. TELEQRAF

“Bir neçə il öncə gəldiyimizlə indiki Xankəndi arasında fərq var. Çox dəyişikliklər olub. Həmçinin, Şuşada az vaxt keçirsək də, ora da elədir”.

Bunu Teleqraf-a açıqlamasında "Qarabağ" klubunun futbolçusu Elvin Cəfərquliyev deyib.

25 yaşlı yarımmüdafiəçi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və təşəbbüsü, klubun dəstəyi ilə işğaldan azad olunmuş bölgələrə baş tutan səfər barədə yüksək təəsüratda olduğunu bildirib: “Bir neçə il öncə Xankəndi, Şuşa, Ağdamda olmuşuq. Öncə Şuşada şagirdlərlə görüşdük. Sonra Xankəndidə Qarabağ Universitetinə gəldik. Ardınca isə Ağdamın "İmarət" stadionuna gedəcəyik".

Cəfərquliyev "köhlən atlar"ın səfər planından da danışıb: "Bu gün komandamızın istirahəti idi. Komanda elə qərara gəldi ki, gəlib istirahətimizi burada - gözəl Qarabağ torpaqlarında keçirək”.

Seçilən
18
50
teleqraf.com

10Mənbələr