Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb.
"Hyundai" markalı ekskavatorla "Mercedec" markalı minik maşını toqquşub. Qəzada avtomobildə olan 1955-ci il təvəllüdlü N.Hümbətov və 2004-cü il təvəllüdlü Ş.Hümbətbəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.