Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə Goranboy-Ağcakənd avtomobil yolunun Tatarlı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Cavid Abbasovun idarə etdiyi “Hyundai” markalı ekskavatorla Laçın sakini Fətəli Hümbətbəylinin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub.
Qəza zamanı Laçın rayon sakinləri - 1955-ci il təvəllüdlü Nadir Hümbətov və 2004-cü il təvəllüdlü Şura Hümbətbəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.