Bu ilin yanvar-may aylarında “AzerGold” QSC 81,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
İndex.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun buraxılışına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 48,6 milyon ABŞ dolları və ya 2,5 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.