AZ

Qeyri-neft sektoru üzrə ixracda qızıl birinci olub

BAKI, 30 iyun. TELEQRAF

Cari ilin ilk beş ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (121,3 milyon ABŞ dolları) birinci olub.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyun sayında qeyd olunub.

Bildirilib ki, bu siyahıda pomidor (113,8 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (88,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Təkcə may ayında ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (39,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq (27.2 milyon ABŞ dolları) ikinci, qızıl (25,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Yanvar-may aylarında aqrar məhsullar üzrə ixrac 17.2% artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 5,9% artaraq 115.6 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artaraq 446,7 milyon ABŞ dolları təşkil edib.

Seçilən
35
3
teleqraf.com

9Mənbələr