AZ

Premyer Liqa mənsubu bu ölkədən 6 gənci bir gündə baxışa gətirdi - SON DƏQİQƏ

"Kəpəz" dünən yay hazırlıq planınını icrasına başlayıb. Gəncə təmsilçisi doğma şəhərdə yeni mövsümün çalışmalarına start verib. Bu mərhələ 10 gün davam edəcək.
Artıq düşərgəyə gələn yeni isimlər var. Nigeriyadan birdən-birə 6 gənc baxışa gəlib. Onlar 18-20 yaşındadır. Hamısı öz ölkələrində tanımış akademiyalarda yetişiblər. Afrikadan təşrif buyuranlardan 3-ü yarımmüdafiəçi, 1-i müdafiəçi, 1-i dayaq yarımmüdafiəçisi,1-i də hücumçudur.
Nigeriyalılar iki həftədən artıq müddətdə Azərbaycanda qalacaq. Baş məşqçi Adil Şükürov yoxlama görüşlərindən sonra gənclər barədə yekun qərarını verəcək.
SPORTİNFO.AZ

Seçilən
12
50
sportinfo.az

10Mənbələr