AZ

Sürpriz ayrılıqların əsl səbəbi bilindi - Görün, işin içində nələr var!

16 ildən sonra Premyer Liqaya qayıdan "Karvan"ın eyni anda 3 əsas hücumçusu - Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurovla yolları ayırması təəccüblə qarşılandı.

Başa çatan mövsüm Qasımov 15, Teymurov 13, Morqan isə 10 qolla yadda qalmışdı.

Bu isə komandanın vurduğu ümümi qolun (53) 71%-i deməkdir.

Əslində bölgə klubu onların qalmasında maraqlı olub.

Amma aşağı liqalardan gələn daha yüksək maaş təklifi gedişi labüd edib.

Qasımovun razılığa gəldiyi "Səbail"də aylıq qazancı 2500 manat olacaq.

Teymurov isə İkinci Liqanın debutantı "Xankəndi" forması geyinəcək. Onun burada aylıq qazancı daha yüksək - 3000 manat olacaq.

Qanalı Ezekiel Morqan da aşağı liqa klublarından daha yaxşı təkliflər alıb. Amma 23 yaşlı yarımmüdafiəçi son qərarını hələ verməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
20
49
sportinfo.az

10Mənbələr