Bakı. Trend:
2029-2030-cu illərdə "Qarabağ" neft yatağından ilk neftinhasilatını gözləmək olar.
Bunu Trend-əaçıqlamasında “bp-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəriTamam Bayatlı məlumat verib.
Onun sözlərinə görə, artıq kəşf olunmuş "Qarabağ" neftyatağındakı işləri sürətləndirmək mümkündür:
"Yəni, artıq quyuların qazılma vaxtı, yeri seçilməlidir,qiymətləndirmə işləri aparılmalıdır. Bundan sonra Qarabağ neftyatağından ilk neftin hasilatını gözləmək olar. Təxminən 2029-cu,2030-cu illərdə bu yataqdan ilk neft hasil oluna bilər. Bu, sürətlibir proses sayılır".
T.Bayatlı “Əşrəfi - Dan Ulduzu – Aypara” geoloji-kəşfiyyatyatağından da söz açıb: "Biz hələ “Əşrəfi - Dan Ulduzu – Aypara”yatağında qazıntı işlərini həyata keçirməli, ilkin məlumatlarıtəhlil etməli və bu kəşfiyyat nəticəsində neft və ya qazhasilatının mümkün olub-olmamasını müəyyən etməliyik. Bunun üçün dəmüəyyən müddət vaxt lazımdır. Bu yatağda gələcəkdə görüləcək işlərkəşfiyyat işlərindən sonra məlum olacaq".
bp sözçüsü əlavə edib ki, bp bu yataqların işlənməsi üçün həminlayihələrdə tərəfdaşı olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)ilə birlikdə fəaliyyət planı hazırlayır.