AZ

Xabi Alonso ulduz futbolçuya qapını göstərdi

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

“Real Madrid” bir sıra futbolçuları klubdan göndərə bilər.

Metbuat.az xəbər verir ki, Lukas Vaskes və David Alabanın klubdan göndəriləcəyi irəli sürülüb. Məlumata görə, məşqçi Xabi Alonso Davi Alabanı əsas heyət oyunçusu hesab etmir. Bildirilir ki, “Real Madrid”in müdafiəsində rəqabət sıxdır. Antonio Rüdiger, Eder Militao və gənc ulduz Din Huijsendən başqa, gənclər akademiyasından əsas heyətə cəlb edilən Raul Asensio əsas heyət oyunçusu hesab edilir. Üstəlik, yarımmüdafiəçi Aurelien Tchouameni müdafiə mövqeyində oynaya bilir.

Qeyd edək ki, David Alabanın "Real Madrid"lə müqaviləsi 2026-cı ildə yekunlaşır. “Diario AS” xəbər verir ki, maaş yükündən qurtulmaq istəyən Madrid rəhbərliyi Alabanın komandadan ayrılmasına üstünlük verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
25
metbuat.az

10Mənbələr