ain.az, Metbuat saytına istinadən bildirir.
“Real Madrid” hücum mövqeyinə yeni transfer həyata keçirməkdən imtina edib.
Metbuat.az xəbər verir ki, iddialara görə, məşqçi Xabi Alonso heyətdə olan Gonzalo Garciaya güvənməyə üstünlük verib. Bildirilir ki, Alonso gənc hücumçunun oyununu çox bəyənib və axtardığı texniki tərəfləri bu oyunçuda tapıb. Məlumata görə, “Real” rəhbərliyi də gənc oyunçuya güvənməyi seçib.
Qeyd edək ki, Gonzalo Garcia klublararası dünya çempionatında əsas heyətdə yer alıb. Futbolçu iki oyunda 1 dəfə fərqlənib və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.