AZ

Avropada istilərlə bağlı həyəcan təbili: Temperatur 46.6 dərəcədir

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kəskin isti hava şəraiti ilə bağlı Avropa ölkələrində həyəcan təbili çalınıb. 

BAKU.WS xəbər verir ki, İspaniya, Portuqaliya, İtaliya və Fransa kimi ölkələrdə temperatur istilik normasından xeyli yüksək olub. 

Belçika və Niderlandda da havanın temperaturunun 38 dərəcəyə yaxınlaşacağı qeyd edilib. 

Başda Portuqaliya və İspaniya olmaqla yanaşı ötən gün Fransada rekord dərəcədə isti hava qeydə alınıb.

İspaniyanın Huelva şəhərində isə temperatur 46 dərəcə olub. Bu 1950-ci illərdən bəri qeydə alınan ilk yüksək isti hava temperaturu olub. Portuqaliyada da eyni vəziyyət höküm sürür. 

Paytaxt Lissabon və onun yaxınlığındakı Mora şəhərində temperatur 46.6 dərəcə olub. 

İtaliyada həddindən artıq istilər meşə yanğınlarının artmasına səbəb olub. Roma, Milan, Florensiya və Verona kimi şəhərlər də daxil olmaqla, 17 bölgə meşə yanğınları səbəbilə qırmızı həyəcan təbili çalınıb. 

Fransanın 95 əyalətindən 84-də həddindən şiddətli istilər səbəbindən narıncı xəbərdarlıq elan edilib. Vəziyyətdən asılı olaraq bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri rayon məktəblərinin fəaliyyəti dayandırılıb.

Cənubi Avropa ölkələrindəki şiddətli istilərin bu gündən şimala doğru dəyişəcəyi və Belçika və Niderlanda təsir edəcəyi gözlənilir, ölkə vətəndaşlarından isə zərurət olmadıqca çölə çıxmamağa, maye içməyə, xüsusilə körpələr və yaşlılara qarşı diqqətli olmağa çağırılıb.

Açıqlamada, həmçinin həddindən artıq istilərin tənəffüs və ürək xəstəlikləri olanlar üçün ciddi risk yaratdığı, ölkədə narıncı həyəcan səviyyəsinə keçiləcəyi bildirilib.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
5
baku.ws

10Mənbələr