AZ

Transfer “üçbucağ”ı: Ərəblərin gözü Mourinyoda

“Mançester Yunayted”, “Fənərbağça” və “Əl-Nəsr” klublarının iştirakı ilə yay transfer dönəmində mümkün bir çoxgedişli transfer planı həyata keçirilə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb.

“Yunayted”in yarımmüdafiəçisi Kazemiro Səudiyyə Ərəbistanına köçərək yenidən Kriştiano Ronaldo ilə bir klubda oynaya bilər. Lakin bunun baş verməsi üçün əvvəlcə “Fənərbağça” “Əl-Nəsr”dən hücumçu Con Duranın transferini həll etməlidir.

Əgər “Aston Villa”nın sabiq hücumçusu Duran Türkiyəyə transfer olunarsa, “Əl-Nəsr”də legioner üçün boş yer yaranacaq. Hazırda klubun heyətində xarici futbolçular üçün limit doludur.

Qeyd olunur ki, “Əl-Nəsr” uzun müddətdir 33 yaşlı braziliyalı ilə maraqlanır və onun Ronaldoyla olan yaxşı münasibətləri bu transferə yardımçı ola bilər. Bu, həmçinin “Mançester Yunayted”in yüksək maaş alan təcrübəli futbolçudan qurtulması üçün bir şansdır.

Seçilən
45
22
publika.az

10Mənbələr