İran Həştərxan limanının ortaq sahiblərinin səhmlərini almağı təklif edib...
Poliqon bu barədə “Kommersant” qəzetinə istinadən məlumat yayıb.
Hazırda 3 İran vətəndaşına məxsus olan Nasim Bahr Kiş limanın 53%-nə sahibdir. İranın IRISL dövlət şirkətinin nəzarətində olan iranlı Fanavaran Darya Gostar Jonob Arvand və Fanavaran Darya Gostar Jonob Arvand 1,52% və 1,82% səhmə sahibdir. Limanın iranlı olmayan səhmdarları arasında Rostec (25,5%) və Kiprin Volqa-Vaster-West (3,33%) şirkətləri var.
Mövcud məlumata görə, Nasim Bahr Kish təxminən 437,5 milyon rubla adi səhmlərin 46,3%-ni və imtiyazlı səhmlərin 48,7%-ni almağa hazırdır. İranın “Bank Melli”nin yaratdığı maliyyə qurumu bu məbləğə bank zəmanəti verib.
Həştərxan limanı əsasən taxta yük, taxıl və neft daşımalarını həyata keçirir. 2023-cü ildən liman öz donanmasını formalaşdırır.
Poliqon.info