AZ

İran zərbələrdən sonra 400 kq zənginləşdirilmiş uranı “yoxa çıxardı” MÜƏMMA DAVAM EDİR KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi son hücumlardan sonra təxminən 400 kiloqram zənginləşdirilmiş uranın yoxa çıxdığı rəsmi şəkildə etiraf olunub. Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat yayıb.

KONKRET.az xəbər verir ki, hazırda beynəlxalq nüvə ekspertləri qarşısında ciddi suallar dayanır: Uran ehtiyatları bombalanan obyektlərin dağıntıları altında qalıb, yoxsa Tehran onu harasa gizlədib? Reuters agentliyinə danışan mənbə bu vəziyyəti “pişik-sıçan oyunu”na bənzədib.

Ekspertlər bildirir ki, hətta zənginləşdirilmiş uranın kiçik bir hissəsinin itməsinin özü belə Qərb ölkələri üçün nüvə təhlükəsi baxımından ciddi problemdir. MAQATE-nin hesablamalarına görə, 400 kq uranla ən azı doqquz nüvə başlığı hazırlamaq mümkündür.

Qeyd edək ki, Qərb dövlətləri İslam Respublikasının hələ də nüvə silahı istehsal etmə imkanını saxladığını düşünür.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
28
konkret.az

10Mənbələr