AZ

Çində sel təhlükəsi ilə bağlı 114 min nəfər təxliyə edilib

Bakı. Trend:

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığıfəsadlarla əlaqədar təxminən 73 min nəfər təxliyə olunub. Quycouəyalətində isə 41 min sakin təxliyə edilib. Yağış bölgədə fəsadlartörədib. Güclü yağış, sel və daşqınla əlaqədar “qırmızıxəbərdarlıq” elan olunub. Təbii fəlakətlə mübarizəyə 8 mindən çoxcanlı qüvvə cəlb edilib.

Trend əyalətintəbii fəlakətlərlə mübarizə qərargahına istinadən xəbər verir ki,güclü yağışlardan ən çox ziyan çəkən yaşayış məntəqlərindən biri dəBacon şəhəridir.

Sel və daşqın suları şəhərdəki iqtisadi zonada yerləşən inzibativə yaşayış binalarına, habelə fermer təsərrüfatlarına dolub.Aramsız yağış Neycian şəhərində torpaq sürüşməsi yaradıb. Nəticədəavtomobil yollarında nəqliyyatın hərəkəti iflic olub.

Qeyd edək ki, yağışlar Çinin mərkəz, şərq və cənub hissələrində,xüsusilə də Quandon, Anhuy, Hubey, Sıçuan, Hunan, Quansi, Hınan vəQuycou əyalətlərində, həmçinin Çonçin şəhərində böyük fəsadlartörədib.

Seçilən
57
21
az.trend.az

10Mənbələr