İyulun 4-də Sankt-Peterburq nadir bir sel təhlükəsi ilə üzləşib. Şəhər bəndi bağlanıb, suyun səviyyəsi 180 santimetrə yüksəlib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Bildirilir ki, iyul ayında daşqının baş verməsi tez-tez müşahidə olunan hal deyil. Belə bir daşqın axırıncı dəfə 160 il bundan əvvəl baş verib.
Baş sinoptik Aleksandr Kolesovun sözlərinə görə, daşqınlar yay dövrü üçün xarakterik olmayan qərb küləyinin güclənməsi səbəbindən baş verib. Finlandiya körfəzi və Neva körfəzi sularında siklonun xüsusi trayektoriyası səbəbindən küləyin sürəti saniyədə 20-25 metrə çatıb, bu da suyun şəhərə doğru dalğalanmasına səbəb olub.
O əlavə edib ki, əvvəllər Sankt-Peterburqda iyul daşqını yalnız bir dəfə, 1865-ci ildə baş verib. Bundan sonra şəhərdə belə bir hadisə üçün hava şəraiti olmayıb.
Bildirilir ki, daşqın nəticəsində iki qadın xəsarət alıb, onlardan birinin avtomobilinin üzərinə ağac aşıb.