Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Futbol üzrə Azərbaycanın milli komandasının və "Neftçi" klubunun qapıçısı Rza Cəfərovun tezliklə paytaxt klubunu tərk edəcəyi gözlənilir.
Oxu.Az "Azerisport"a istinadən xəbər verir ki, 21 yaşlı qolkiperimiz Rumıniya "Dinamo Buxarest" klubunun sıralarına qoşulacaq.
Mənbə yazır ki, R.Cəfərovun keçidi artıq zaman məsələsidir. Bununla əlaqədar olaraq, "ağ-qaralar" R.Cəfərovun yerinə oyunçu axtarışına başlayıblar. Belə ki, "Neftçi"nin elçi düşdüyü şəxslərdən biri də bosniyalı qapıçı Kenan Piriçdir. Lakin 30 yaşlı futbolçunun Türkiyənin "Antalyaspor" klubu ilə 2025/2026-cı il mövsümünün sonuna qədər müqaviləsi var. Bir vaxtlar milli komandasında da oynamaq şansı qazanmış K.Piriç Belçikanın "Gent", Sloveniyanın "Maribor", Türkiyənin "Göztəpə" və Kiprin AEK klublarının uğurları üçün çalışıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.