AZ

Rusiya Qazaxıstandan tələb etdi Ukrayna PUA ları üçün hava məkanını bağla

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya ərazisinə hücum edən Ukrayna PUA-larının Qazaxıstanın hava məkanından istifadə etməsindən narahatdır.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məsələ hər iki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşdə müzakirə edilib.Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirliklərinin rəhbərlərinin Şolpan Ata görüşündən sonra jurnalistlərə açıqlamasında belə deyib."Ölkələrimizin təhlükəsizlik xidmətləri bu məsələ ilə bağlı əlaqə yaradıb. Qazaxıstanlı tərəfdaşlar da Ukrayna ilə əlaqə yaradıb və bildiriblər ki, bu cür praktikaların dayandırılması məsələsini qaldırırlar", - Lavrov deyib.Qeyd edək ki, iyunun 21-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, iyunun 19-u və 20-də Ukrayna silahlı qüvvələri Rusiyaya zərbə endirmək məqsədi ilə Qərbi Qazaxıstan vilayəti ərazisindən istifadə etməklə onlarla pilotsuz uçan aparat atıblar. Mehman Mehdiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
50
newscenter.az

10Mənbələr