"Kəpəz" klubu daha 3 futbolçu ilə vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərov ilə yollar ayrılıb. Müqaviləsinin müddəti başa çatan adıçəkilən oyunçular "Kəpəz"i tərk edib. 

Müdafiəçi olan Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib. Turandan fərqli "Kəpəz"də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022-2023-cü illər mövsümdə komandamızda 28 oyunda 2 dəfə fərqlənib. Klubumuzda icarə əsasında çıxış etmiş Camal Cəfərov da "Kəpəz"də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu son çempionatda 31 matçda 2 qolla yadda qalıb. Bundan əvvəlki mövsümdə Cəfərov "sarı-göylər" adına 11 oyuna çıxıb.