AZ

"Kəpəz" daha 3 futbolçusu ilə yollarını ayırdı

Müqaviləsi başa çatan daha 3 futbolçu "Kəpəz" komandasını tərk edib.
 
Klubun mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərovun sözləşmələri yenilənməyib.
 
Müdafiəçi Manafov ötən mövsüm 28 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib.
 
"Kəpəz"də ikinci mövsümünü keçirmiş Nicat Süleymanov 20 oyunda 1 qola imza atıb. Yarımmüdafiəçi 2022/2023 mövsümündə komandada 28 oyunda 2 dəfə fərqlənib.
 
Klubda icarə əsasında çıxış etmiş Camal Cəfərov da "Kəpəz"də ikinci mövsümünü keçirib. Orta xətt oyunçusu ötən mövsüm 31 matçda 2 qolla yadda qalıb. Daha əvvəl isə Cəfərov "sarı-göylər" adına 11 oyuna çıxıb.
Seçilən
13
50
moderator.az

10Mənbələr