ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin sədri Cerom Pauellin istefaya getdiyi təqdirdə “çox xoşbəxt olacağını” deyib .
Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ prezidenti həmçinin faiz dərəcələrini 1%-ə endirmək istədiyini bildirib.
"İstəsə, istefasını görmək istərdim. Dəhşətli bir iş gördü" deyən Tramp, FED rəhbərini yenə də "axmaq" adlandırıb.
Pauellin səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır və Trampın yaxın aylarda varisin adını çəkəcəyi gözlənilir.