AZ

Tramp FED sədrini faiz dərəcələrini “süni şəkildə yüksək saxlamaqda” ittiham edib

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED, mərkəzi bank) sədri Cerom Pauell (Jerome Powell) faiz dərəcələrini “süni şəkildə yüksək saxlamaqda” günahlandıraraq, onu “pis insan” adlandırıb.

Marja xəbər verir ki, ABŞ prezidenti dekabr ayından bəri faiz dərəcələrini 4,5% səviyyəsində saxlamaqla Amerika hökumətini yüksək borclanma xərclərinə məruz qoyan FED-i tənqid edib.

Tramp "Fox News"a verdiyi müsahibəsində, "Faiz dərəcələri 1% və ya 2% olmalıdır" deyib və əlavə edib ki, "Faiz dərəcələrini aşağı sala biləcək birini FED-ə gətirməyi" səbirsizliklə gözləyir.

O, həmçinin ABŞ iqtisadiyyatının Pauellin faiz dərəcələrini "süni şəkildə yüksək" saxlamasına baxmayaraq güclü olduğunu iddia edib.

Bu açıqlamalar, Trampın Pauellin xələfini (yeni sədri - red) vaxtından əvvəl təyin etməklə onun təsirini zəiflətməyi planlaşdırdığına dair spekulyasiyaların artması fonunda baş verir.

Cerom Pauell FED sədri kimi vəzifə müddəti 11 aydan sonra başa çatır və keçidin rahat keçməsini təmin etmək üçün adətən varisin adı üç-dörd ay əvvəl elan edilir.

Seçilən
75
11
marja.az

10Mənbələr