Bakı. Trend:
Formula 1 çempionatı Şimali Amerikadakı bir yarışdan sonraAvropaya qayıdaraq mövsümün bu hissəsini Avstriya Qran Prisi ilədavam etdirdi. Yarış Red Bull şirkətinə məxsus Şpilberqdəki trasdabaş tutdu.
Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, komandalar iki həftəlikfasilədən sonra bu mərhələyə yenilənmiş bolidlər vətəkmilləşdirilmiş komponentlərlə gəldilər.
Cümə və şənbə günləri keçirilən məşqlərdə “McLaren” komandasınınüstünlüyü nəzərə çarpdı. Sıralanma turunda da Lando Norris və OskarPiastri ön sıraları ələ keçirdilər. “Ferrari” isə yeni altlıqlagüclü təsir bağışladı və ilk iki cərgəyə düşməyi bacardı. Sıralanmaturunun sürprizləri isə “Racing Bulls” pilotu Liam Louson və“Sauber”dən Qabriel Bortoletodan gəldi – hər ikisi şəxsikaryeralarında ən yaxşı nəticələrini əldə etdilər.
Yarışın startı texniki səbəblərlə təxirə salındı. “Williams”sürücüsü Karlos Saynsın maşınında baş verən yanğın startprosedurunu pozdu və ispaniyalı pilot yarışa qatıla bilmədi.Yenidən başlanan yarışda ilk döngələrdə bəzi mövqe dəyişiklikləriyaşansa da, əsas hadisə 3-cü döngədə baş verdi: “Mercedes”dən gəncAndrea Kimi Antonelli Maks Ferstappenlə toqquşdu və hər iki pilotüçün yarış vaxtından əvvəl başa çatdı.
Yarışın qalan hissəsində “McLaren” sürücüləri tempə nəzarətetdilər. Lando Norris pit-stop strategiyası və düzgün müdafiə iləkomanda yoldaşı Piastriyə üstünlük qazandı və mövsümdə üçüncü,karyerasında isə yeddinci qələbəsini əldə etdi. Piastri ikinciolaraq komandasına ardıcıl ikinci dublu yaşatdı. “Ferrari”dən ŞarlLekler üçüncü yeri tutaraq mövsümdə dördüncü dəfə podiumayüksəldi.
“Mercedes” sürücüləri bu dəfə arxa sıralarda qalıblar – CorcRasl beşinci, Lyuis Hemilton isə dördüncü olsa da, hələ də“Ferrari”də podiumsuzluq seriyasını qıra bilməyib. Liam Lousonaltıncı yeri tutaraq karyerasında ən yüksək nəticəni göstərdi. Onutəcrübəli Fernando Alonso izlədi. Alonso finişə qədər “AstonMartin”in yetirməsi Bortoletonun təzyiqlərinə davam gətirərəkyerini qorudu. Bortoleto isə ilk dəfə xallar qazanmağı bacardı. İlkonu “Sauber”dən Niko Hülkenberq və “Haas”dan Esteban Okontamamladılar.
Qeyd edək ki, bu yarışda “Red Bull” komandası uzun illərdənsonra – 77 yarışlıq seriyadan sonra – ilk dəfə xalsız qaldı.
Çempionat cədvəlində fərqlər azalmağa davam edir. OskarPiastrinin komanda yoldaşı Norris üzərində fərqi 15 xala enib.Ferstappen isə liderdən artıq 61 xal geridədir. MühəndislərKubokunda “McLaren” üstünlüyünü qoruyur, ikinci yerə yüksələn“Ferrari” isə “Mercedes”i cəmi bir xal qabaqlayır.
Mövsüm növbəti mərhələdə Silverstounda davam edəcək. Qeyd edəkki, Formula 1 tarixində ilk yarış da 75 il əvvəl məhz bu trasda baştutub.