Biologiya və genetika sahəsində dünya elminin tarixində yeni bir səhifə açılır. Böyük Britaniyanın ən nüfuzlu tibbi xeyriyyə fondlarından biri olan Wellcome Trust tərəfindən maliyyələşdirilən və "İnsan Sintetik Genomu" adlanan layihə çərçivəsində alimlər insan DNT-sini atom səviyyəsində sıfırdan yaratmağa başlayıblar. Layihəyə 13 milyon ABŞ dollarından çox vəsait ayrılıb və bu, molekulyar biologiyada ən iddialı təşəbbüslərdən biri hesab olunur.
Süni DNT nədir və niyə vacibdir?
DNT — yəni dezoksiribonuklein turşusu — hər bir canlının genetik kodunu daşıyan molekuldur. Alimlərin hədəfi isə bu molekulu sintetik yolla, yəni laboratoriya şəraitində, kimyəvi elementlərdən yığmaqdır. Söhbət mövcud DNT-nin surətini çıxarmaqdan yox, onu başdan-başa, tamamilə yeni şəkildə və insan genomuna uyğun dizaynda yaratmaqdan gedir.
Bu texnologiya bir sıra mühüm imkanlar yarada bilər:
Elmi sıçrayış, yoxsa genetik təhlükə?
Bu layihənin tərəfdarları onu insan sağlamlığı üçün inqilabi dönüş nöqtəsi adlandırırlar. Amma tənqidçilər də az deyil. Onların fikrincə, belə texnologiyalar:
Hələ 2016-cı ildə ABŞ və Avropada oxşar təşəbbüslər “Human Genome Project–Write” adı ilə gündəmə gəlmişdi. Lakin o zaman bu istiqamətdə işlər əsasən nəzəri müstəvidə idi. İndi isə artıq praktik mərhələyə keçid başlayıb və bu, texnoloji imkanların son on ildə qazandığı sürətli irəliləyişin nəticəsidir.
Hüquqi və etik suallar
Bu suallar hələ də açıqdır və yalnız elmi deyil, hüquqi və fəlsəfi müzakirələrə də ehtiyac yaradır.
Beləliklə, süni insan DNT-sinin yaradılması həm biotexnologiyanın zəfəri, həm də bəşəriyyətin məsuliyyət testi sayıla bilər. Bu istiqamətdə atılan addımlar tibbdə, genetikada və biologiyada bəlkə də minillik problemləri həll edə bilər. Lakin paralel olaraq, bu elmi sıçrayışın etik və təhlükəsizlik çərçivələrini düzgün müəyyənləşdirmək üçün beynəlxalq əməkdaşlıq və ictimai müzakirə də vacibdir.
Hazırladı:
S.ELAY
XQ