AZ

Kreml müharibəyə son qoymaqla bağlı yeni açıqlama verib

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynada müharibəyə son qoymaq üçün danışıqların tempi Kiyevin mövqeyindən, ABŞ-ın vasitəçiliyinin effektivliyindən və yerlərdəki vəziyyətdən asılıdır.

Bizimyol.info xəbər verir ki, bu açıqlama ilə Kremlin sözçüsü Dmitri Peskov çıxış edib.

"Reuters" qeyd edib ki, Donald Trampın 5 aylıq vəzifədə olması müharibənin sona çatması üçün heç bir ümid yaratmayıb və 2024-cü il seçkilərində müharibəni bir gündə bitirəcəyinə dair vədinə baxmayaraq, bundan əsər-əlamət yoxdur.

"Çox şey Kiyev rejiminin mövqeyindən asılıdır. Bu, həm də Vaşinqtonun vasitəçilik səylərinin nə dərəcədə effektiv davam etməsindən asılıdır", - deyə Peskov bildirib.

O, əlavə edib ki, diqqətdən kənarda qalmayacaq digər mühüm amil yerlərdəki vəziyyətdir.

Eyni zamanda, Kremlin sözçüsü, Rusiya dövlət başçısı Vladimir Putinin Vaşinqtondan və ya Kiyevdən konkret olaraq nə gözlədiyini dəqiqləşdirməkdən çəkinməyib.

Növbəti danışıqların tarixi hələ təyin edilməsə də, Peskov bildirib ki, Rusiya bu tarixlərin “yaxın gələcəkdə” dəqiqləşəcəyinə ümid edir. Danışıqların əvvəlki raunduna ev sahibliyi edən Türkiyə onları yenidən qəbul etməyə hazır olduğunu xatırladıb.

3 ildən artıq fasilədən sonra Rusiya və Ukrayna mayın 16-da və iyunun 2-də İstanbulda danışıqlar aparıblar. Danışıqlar nəticəsində tərəflər bir sıra hərbi əsirlərin, eləcə də həlak olan əsgərlərin cəsədlərinin mübadiləsini həyata keçirməyə nail olublar.

Lakin bu danışıqlarla atəşkə əldə etmək hələ ki mümkün olmayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
50
bizimyol.info

10Mənbələr