Azərbaycan milli komandasının üzvü Mahir Emreli yeni klubu “Kayzerslatern”də ikinci qolunu vurub.
KONKRET.az Milli.Az -a istinadən xəbər verir ki, 27 yaşlı hücumçumuz Almaniyanın Həvəskar Liqasında yarışan “Hermersberq”lə yoxlama görüşündə forma geyinib.
Start heyətdə meydançaya daxil olan Emreli fasilədə əvəzlənib.
O, komandasının 6-cı qoluna imza atıb.
Oyun “Kayzerslatern”in 10:0 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, dünən Mahir debüt matçında da fərqlənmişdi. Həmvətənimiz “Saar/Lüksemburq fanat yığması” üzərində qazanılan 19:0 hesablı qələbədə 1 qol vurmuşdu.