AZ

Xameneinin müşaviri: "İsrailin hücumlarından sonra üç saat dağıntılar altında qaldım"

"İsrailin hücumlarından sonra saatlarla dağıntılar altında qaldım".

Milli.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xameneinin müşaviri Əli Şamxani televiziya proqramına müsahibəsində İsrailin hücumları zamanı aldığı xəsarətlərdən danışarkən deyib.

O bildirib ki, hücumlar zamanı daha çox daxili zədə alıb, döş qəfəsi qırılıb. Şamxani iddia edib ki, sübh namazını dağıntılar altında qılıb:

"Hücumlardan sonra üç saat dağıntılar altında qaldım. Əvvəlcə bunun zəlzələ olduğunu düşündüm. Amma avtomobillərin səsini eşidəndə bunun olmadığını anladım".

Milli.Az

Seçilən
24
50
milli.az

10Mənbələr